Главная > İdman > Millimizin üzvü İngiltərə klubunda

Millimizin üzvü İngiltərə klubunda


31-07-2016, 16:59.

 

Milli komandamızın üzvü Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək.

 

Qol.az-ın məlumatına görə, bu barədə məşhur "Marca” qəzeti xəbər yayıb.

 

23 yaşlı yarımmüdafiəçi Çempionşipdə mübarizə aparan "Fulhem"lə 4 illik müqavilə imzalayıb.

 

"Marca”nın iddiasına görə, London klubu Eddinin transferi üçün "Mursiya”ya 200 min avro ödəyib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.

 

Qeyd edək ki, millimizin heyətində 5 rəsmi oyun keçirən Eddi son olaraq "Kordoba”da icarə əsasında çıxış edib.


Вернуться назад