Главная > Dünya > ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir


31-07-2016, 19:50.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir
 
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə gəlib.
 
APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonra  Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasına baş çəkəcək, ABŞ hərbçiləri ilə görüşəcək.

Avqustun 1-də C.Danfordu Türkiyənin baş naziri Binəli Yıldırım qəbul edəcək.
 
Qeyd edək ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ rəsmisidir.

Вернуться назад