Главная > GÜNDƏM > Türk kəşfiyyatçı: ABŞ-ın layihəsi davam edir

Türk kəşfiyyatçı: ABŞ-ın layihəsi davam edir


31-07-2016, 19:33.
Türk kəşfiyyatçı: ABŞ-ın layihəsi davam edir
 
ABŞ-ın çevriliş planından xəbəri olmaması mümkün deyil. Çevriliş hadisəsinin ilk siqnalını da yaxın tarixdə ABŞ-ın Ankaradakı səfiri olmuş Morton Abromoviç və Erik Edelman "Vaşinqton Post”da yazdıqları yazı ilə Ərdoğanı istefaya çağıraraq verdilər.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Milli istihbarat Təşkilatında (MİT) uzun illər yüksək vəzifə tutan Məhməd Eymür deyib. Onun sözlərinə görə, türk ordusunun 70%-i gülənçidir:
 
"ABŞ orduda din və fətullahçı motivi ilə Güləndən istifadə edib. Tam ifşa olunmayınca, paralel dövlət layihəsi davam edəcək. MİT orduda aktiv kəşfiyyat apara bilməz. Bunu hərbi kəşfiyyat edir. Ancaq siqnal məlumatları, hava fotoları kimi texniki imkanlar sayəsində çevriliş hazırlıqları təxmin edilə bilər. 15 iyul çevrilişindən xəbər tutan MİT öncə baş nazirə, sonra prezidentə, gərəkirsə, Baş Qərargah rəisinə məlumat verməli idi”.

Вернуться назад