Главная > Ümumi > İrəvanda nümayişçilər prezident iqamətgahına yürüş edir

İrəvanda nümayişçilər prezident iqamətgahına yürüş edir


30-07-2016, 22:23.
İrəvanda zəbt olunan polis binasının ətrafında kütləvi tədbirlərə qadağa qoyulub
 
Ermənistan paytaxtı Yerevan şəhərində keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.
Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.

Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.

Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti Yerevanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.

Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.

Вернуться назад