Главная > Region > Neftçalada baş məşqçini döydülər – ŞOK

Neftçalada baş məşqçini döydülər – ŞOK


27-11-2015, 14:23.
912291_fanat_az
 
I divizionun XI turunun "Neftçala” -"Şahdağ” oyununda dava düşüb.
 
Nəriman Nərimanov adına Neftçala şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin baş məşqçisi Kamal Quliyevlə azarkeşlər əlbəyaxa olub.
 
Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Quliyev qonaq azarkeşlərin atmacalarına reaksiya verincə, gərginlik yaranıb. Klub rəhbərlərinin və asayiş keşikçilərinin müdaxiləsindən sonra ara sakitləşib. Amma buna kimi Kamal bəy azarkeşlərdən bir neçə yumruq zərbəsi alıb.(nia.az)
 
ULUYOL.İNFO

Вернуться назад