Главная > Problem > Şirvandakı partlayışdan sonra təpəliklərdə başlayan yanğın davam edir

Şirvandakı partlayışdan sonra təpəliklərdə başlayan yanğın davam edir


26-07-2016, 22:27.
Şirvandakı partlayışdan sonra təpəliklərdə başlayan yanğın davam edir
 
Bu gün saat 16 radələrində Şirvan şəhərindəki "Araz" zavodunun saxlanc anbarında baş verən partlayışdan sonra ətraf ərazilərdəki təpəciklərdə başlayan yanğın hələ də söndürülməyib.

Bu barədə Musavat.com-a məlumat verən əməkdaşımızın sözlərinə görə, təpələrdəki yabanı quru otlara düşən od bəzi istiqamətlərdə söndürülsə də, keçilməz dərə-təpəlik yerlərdə genişlənməkdədir və bu gecənin qaranlığında aydın şəkildə görünür.
 
Reportyorumuzun sözlərinə görə, həmin ərazilərdə "Qarasu Oil" neft şirkətinin neft quyuları var. Üstəlik, ərazidən magistral qaz kəməri keçir. Bu üzdən yanğın təhlükəli ola bilər.


Вернуться назад