Главная > İdman > Braziliyada Olimpiya məşəlini oğurlamaq istədilər

Braziliyada Olimpiya məşəlini oğurlamaq istədilər


24-07-2016, 13:31.

olimpia mesheli

Rio Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyada olimpiya məşəlini oğurlamaq istəyən bir nəfər həbs olunub.

Sao Paulo əyalətinin Guarulhos şəhərinin küçələrində olimpiya məşəli polis nəzarəti altında aparılırmış. Həmin vaxt bir nəfər məşəli oğurlamaq istəyib. Polislər həmin şəxsi yaxalayıb. Hadisədən sonra məşəl yenidən yoluna davam edib.

Məşəl Olimpiya Oyunları başlamamışdan bir gün əvvəl paytaxt Rio de Janeiro şəhərinə gətiriləcək.

Olimpiya Oyunları avqustun 5-dən 21-ə qədər keçiriləcək.


Вернуться назад