Главная > Ümumi > "Qarabağ"dan “Tottenhem"lə matçda kimlər oynamayacaq

"Qarabağ"dan “Tottenhem"lə matçda kimlər oynamayacaq


26-11-2015, 19:00.
 
"Qarabağ”ın bir neçə gün əvvəl zədələnmiş əsas heyətinin oyunçuları Rəşad Sadıqov və Ansi Aqolli bu gün Avroliqada "Tottenhem”lə oyunda meydana çıxa bilərlər.

Klubun mətbuat xidmətindən Qol.Az saytına bildirilib ki, adları çəkilən oyunçular oyun üçün hazırdırlar. Baş məşqçi Qurban Qurbanovun şans vercəyi halda, onlar ingilislər matçda iştirak edə biləcəklər.

Qeyd edək ki, adları çəkilən oyunçulardan R.Sadıqovun bu matçda iştirakı sual altında idi.
Əvvəlcədən xəbər verildiyi kimi, "Qarabağ”ın iki legioneri - Reynaldo Silva və Əl Jadeyui Əlhərbi isə zədə səbəbindən bu oyunu buraxacaqlar.

Əlavə edək ki, "Qarabağ” – "Tottenhem” matçı saat 22.00-da başlanacaq.
 
 
ULUYOL.İNFO

Вернуться назад