Главная > Kriminal > Bakıda 3 iranlı həbs edildi

Bakıda 3 iranlı həbs edildi


23-07-2016, 16:30.

Azərbaycanda turizm şirkətindən oğurluq edən 3 İran vətəndaşı tutulub.

"Qafqazinfo" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад