Главная > Maraqlı > Boksçularımız Avropa çempionatında yarımfinala yüksəlib

Boksçularımız Avropa çempionatında yarımfinala yüksəlib


26-11-2015, 18:30.

 

Polşanın Kolobrzeq şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində təmsil olunan Azərbaycan yığması mükafat uğrunda mübarizəni davam etdirir.

 

  ULUYOL.İNFO AZƏRTAC-a  istinadən xəbər verir ki, artıq üç idmançımız döyüşlərini uğurla tamamlayaraq yarımfinala vəsiqə əldə ediblər. Qitə birinciliyi uğrunda Ruslan Rüstəmov (49 kq), Elməddin İsmaylov (60 kq) və İsmayıl Hüseynov (69kq) yarımfinalda mübarizə aparacaqlar.


  Noyabrın 27-də keçiriləcək növbəti döyüşdə Ruslan Rüstəmov Ermənistan boksçusu Alen Danielyandan güclü olmağa çalışacaq. Elməddin İsmayılov almaniyalı rəqibi Denis Qaşı ilə və İsmayıl Hüseynov isə polşalı idmançı Sebastyan Viktorjakla rinqdəki münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda 37 ölkədən 250 boksçu mübarizə aparır.

 
 
 
ULUYOL.İNFO


Вернуться назад