Главная > Dünya > Kabildə törədilən terrorda ölənlərin sayı 80-ə çatıb

Kabildə törədilən terrorda ölənlərin sayı 80-ə çatıb


23-07-2016, 18:42.

Partlayış zamanı 207 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb, yaralıların sayı 207 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Tolo" telekanalı məlumat yayıb.

Daha sonra Əfqanıstan Daxili İşlər Nazirliyi  ölənlərin sayının 80 nəfərə çatdığını, 230-dan çox insanın yaralandığını məlumat verib.


Вернуться назад