Главная > Problem > Noyabrın 27-də Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Noyabrın 27-də Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq


26-11-2015, 18:23.

 

   Noyabrın 27-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Albalı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

  Təmir işlərinin Bakının Xəzər rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə AzərTAc-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

 

ULUYOL.İNFO


Вернуться назад