Главная > Maraqlı > “Wi-Fi”dan 100 dəfə surətli “Li-Fi” hazırlanıb

“Wi-Fi”dan 100 dəfə surətli “Li-Fi” hazırlanıb


25-11-2015, 22:21.
 
ABŞ alimləri "Wi-Fi”ya alternativ texnologiya — "Li-Fi” hazırlayıblar. Novator.az xəbər verir ki, mütəxəssislərin 4 ilə yaxın müddətdə üzərində işlədiyi "Li-Fi”ın sürəti "Wi-Fi”dan 100 dəfə çoxdur.

"Li-Fi” informasiyanı LED işıq diodları vasitəsilə ötürür. 2011-ci  ildə alimlər 224 GB/saniyə sürətində internet almağa nail olublar. Amma ev şəraitində iri qurğulardan istifadə etmədən "Li-Fi” 1 GB /saniyədə internet ötürə bilir.

"Wi-Fi” siqnalından fərqli olaraq "Li-Fi” divarın o biri tərəfinə informasiya ötürə bilmir. Amma bu, şəbəkəni mümkün hücumdan daha çox qorumuş olur.

Gələcəkdə LED işıq diodlarından istifadə etməklə "Li-Fi” eyni vaxtda iki funksiyanı yerinə yetirə bilər: otağı işıqlandırmaq və elektron qurğuların təmasını təmin etmək.(musavat.com)
 
 
ULUYOL.İNFO

Вернуться назад