Главная > Siyasət > Amerikadan Fətullah Gülənlə bağlı - Təklif

Amerikadan Fətullah Gülənlə bağlı - Təklif


22-07-2016, 00:48.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi "Xidmət” hərəkatının lideri Fətullah Gülənlə bağlı sualı cavablandırıb.

"Qafqazinfo" Gazeta.ru-ya istinadən xəbər verir ki, Kirbinin sözlərinə görə, Amerika tərəfi Türkiyəyə Gülənlə bağlı təkliflər verib:

"Biz onlara təklif etdik ki, təslim etmə ilə bağlı sənədlərə düzəlişlər edək. Hətta bununla bağlı Türkiyəyə nümayəndə heyəti də göndərə bilərik”.

Kirbi qeyd edib ki, Gülənin ekstradisiyası üçün ciddi səbəb olmalıdır.

Daha əvvəl yayılan məlumatlara görə isə Gülən şəxsən  ABŞ rəhbərliyindən onu Türkiyəyə təslim etməməyi xahiş edib.



Вернуться назад