Главная > Mövqe > Müsavat Partiyası düzəlişlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Müsavat Partiyası düzəlişlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib


21-07-2016, 19:03.

musavat-p

Müsavat Partiyası Azərbaycan Konstitusiya Məhkəməsini əsas qanuna dövlət başçısının iyulun 18-də təklif etdiyi düzəlişlərlə bağlı müsbət rəy verməməyə çağırıb. Bu barədə partiya lideri Arif Hacılının Konstitusiya Məhkəməsinə müraciətində deyilir.

Partiya öz fikrini onunla əsaslandırır ki, bir sıra hallarda dəyişikliklər və düzəlişlərin qəbul dilməsi qaydası pozulub, bir sıra düzəlişlərin qəbulu isə ölkənin beynəlxalq öhdəliklərinə ziddir, belə ki, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırır. Prezidentin hakimiyyətinin gücləndirilməsi hakimiyyət bölgüsü prinsipini də pozur və faktiki olaraq monarxik idarəetmə sistemi yaradır, deyə müraciətdə bildirilir.

"Yuxarıda deyilənləri, habelə bu dəyişikliklərin və düzəlişlərin 1918-ci il Azərbaycan Demokratik Respublikasının dəyərlərinə, 18 oktyabr 1991-ci il tarixli Müstəqilliyin Bərpası Aktına, Azərbaycan Konstitusiyasının əsas prinsiplərinə, hakimiyyət bölgüsü prinsipinə, bütövlükdə Konstitusiyanın ruhuna zidd olduğunu nəzərə alaraq, Müsavat Partiyası Konstitusiya Məhkəməsi tərəfindən təklif olunan bu referendum aktı layihəsinə müsbət rəy verilərək referenduma çıxarılmasını qəbuledilməz sayır”, deyə müraciətdə qeyd edilir.


Вернуться назад