Главная > Kriminal > Sumqayıt polisi cəbhəçi gənci saxlayıb

Sumqayıt polisi cəbhəçi gənci saxlayıb


21-07-2016, 23:18.
Ruslan Qarayev
 
İyulun 21-i axşam saatlarında AXCP Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev polis tərəfindən saxlanılıb.
Ruslan Qarayevin hazırda Sumqayıt Şəhər Polis İdarəsində saxlanıldığı bildirilir. Polis idarə qarşısına toplaşan Sumqayıt cəbhəçilərinə Ruslan Qarayevin hansı səbəbdən saxlanılması haqda heç bir məlumat vermir.

Вернуться назад