Главная > İdman > ''Qəbələ'' Avroliqanın üçüncü mərhələsində!

''Qəbələ'' Avroliqanın üçüncü mərhələsində!


21-07-2016, 22:04.
''Qəbələ'' Avroliqanın üçüncü mərhələsində!
 
Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, turnirdəki digər təmsilçimiz "Qəbələ" klubu bu gün növbəti matçını keçirib.

Qəbələ təmsilçisi evdə Macarıstanın MTK klubunu sınağa çəkib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun komandası bu görüşdə də 2:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Qəbələ" III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.

21 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

21:00. "Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) - 2:0 
Qollar: Sergey Zenyov, 7 (1:0), Teo Uiks, 37 (2:0)
İlk oyun - 2:1
Baş hakim: Mete Kalkavan 
Köməkçi hakimlər:Ceyhun Sesigözəl və Esat Sancaktar 
Dördüncü referi: Serkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu.

Вернуться назад