Главная > Kriminal > Ermənistanda tutulanların sayı 138-ə çatdı

Ermənistanda tutulanların sayı 138-ə çatdı


21-07-2016, 12:53.
Ermənistanda tutulanların sayı 138-ə çatdı
 
Dünən İrəvanda polislə etirazçıların toqquşmasından sonra 138 nəfər həbs edilib.
 
Axar.az xəbər verir ki, həbs edilənlərin hələ də azadlığa buraxılmadığını bildirib.
 
Toqquşmalarda 51 nəfər, o cümlədən 28 polis xəsarət alıb.
 
Qeyd edək ki, dünən silahlı qruplaşma tərəfindən tutulmuş Ermənistan Polisinin patrul-mühafizə alayının yaxınlığında polislə etirazçılar arasında gərginlik yaşanıb. Etirazçıları dağıtmaq üçün polis güc tətbiq edib. Nəticədə 51 nəfər xəsarət alıb.
 
Artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb ediblər. 

Вернуться назад