Главная > Siyasət > ABŞ Türkiyədən əlavə sənədlər tələb edir

ABŞ Türkiyədən əlavə sənədlər tələb edir


20-07-2016, 01:36.
ABŞ Türkiyədən əlavə sənədlər tələb edir
 
ABŞ Türkiyədən hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənə dair sənədləri qəbul edib, lakin  ekstradisiyaya dair rəsmi sorğu üçün əlavə materiallar gərəkdir.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
 
"Biz Türkiyədən materialları aldıq, hazırda onlar ekstradisiya haqqında sazişə uyğun olaraq nəzərdən keçirilir.  Bu prosesə müəyyən vaxt tələb olunur”, - deyə Toner bildirib.  
 
"Mənim fikrimcə, ekstradisiyaya dair rəsmi sorğu üçün əlavə sənədlər gərəkdir”, - deyə Toner əlavə edib. 

Вернуться назад