Главная > Kriminal > Ermənistanda iranlı məhbus intihar edib

Ermənistanda iranlı məhbus intihar edib


18-07-2016, 23:36.
Ermənistanda iranlı məhbus intihar edib
 
Ermənistanda həbsdə saxlanılan iranlı  məhbus intihar edib.
 
APA-nın İran bürosunun məlumatına görə, bunu  İranın Baş Müfəttişlik İdarəsinin sədri Naser Sirac deyib.
 
N.Sirac deyib ki, intihar edən şəxsin bu addımı atmasına səbəb Ermənistanda məhkəmə prosesinin 6 dəfə təxirə salınması olub: "Bir müddət öncə Ermənistana səfərimiz baş tutmuşdu. Səfər çərçivəsində Ermənistanın baş prokurorluğu və ombudsman aparatında müzakirələrimiz oldu. Həbsdə saxlanılan həmyerlilərimiz haqqında danışıqlar apardıq”.
 
N.Sirac deyib ki,  əcnəbi ölkələrdə saxlanılan şəxslərin əksəriyyəti  bu ölkənin qayda-qanunlarını bilmədikləri üçün qanun pozuntusu  edir və həbsə düşürlər. Onun sözlərinə görə, Ermənistanda saxlanılan 6 məhbusun İrana təhvil verilməsi haqqında razılıq əldə olunub. 

Вернуться назад