Главная > Siyasət > Davudoğludan çevriliş açıqlaması - "Milli iradəyə sahib çıxacağıq"

Davudoğludan çevriliş açıqlaması - "Milli iradəyə sahib çıxacağıq"


16-07-2016, 02:04.
 
Türkiyənin sabiq baş naziri və Konya millət vəkili Əhməd Davudoğlu da çevriliş cəhdinə sərt reaksiya verib. 

Avropa.info xəbər verir ki, Davudoğlunun tvitter hesabı vasitəsilə yaydığı mesajda belə deyilir:

"Əziz millətim, 1 noyabr seçkiləri zamanı üzə çıxan milli iradənizə sahib çıkacağımızdan şübhəniz olmasın.Bu ölkədə seçilmiş prezidentə və seçilmiş parlamentə sahib çıxmaq hansı partiyaya səs vermiş olursa olsun hər kəsin ortaq borcudur. Milli iradəyə sonuna qədər sahib çıxacağıq. Müasir hüquq dövləti çevrilişlərlə deyil demokratiya və milli iradə ilə qorunur."

Вернуться назад