Главная > Maraqlı > Tacikistan prezidenti komandasını dəyişir

Tacikistan prezidenti komandasını dəyişir


24-11-2015, 21:16.

bitmap-img6

 

Tacikistan Prezidenti Emoməli Rəhmonun sərəncamları ilə müdafiə nazirinin birinci müavini, müavini və Müdafiə Nazirliyi Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi tutduğu vəzifələrdən azad edilib

 


Emoməli Sabirzoda müdafiə nazirinin birinci müavini, Abdulxoşim Qulomzoda, Asror Latifzoda və Solex Xolzoda nazir müavinləri təyin olunublar.

Bonojon Saidzoda Müdafiə Nazirliyi quru qoşunlarının komandanı, Cololaddin Şaripov Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi vəzifələrini tutublar.

Xatırladırıq ki, sentyabrın 4-də müdafiə nazirinin sabiq müavini Abduxalim Nazarzodanın başçılığı ilə dövlət çevrilişinə cəhd olub. Bu hadisədən sonra nazirlik sistemində kadr islahatlarının aparılması zərurətə çevrilmişdi.

Hökumətdə aparılan kadr islahatları çərçivəsində Sattor Kaxxarzoda iqtisadi inkişaf və ticarət nazirinin müavini, Abdullo Kurbonov energetika sahəsinə nəzarət üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Tacikistanın digər nazirlik və komitələrində də müxtəlif kadr islahatları aparılıb. (Azərtac)
 
 
ULUYOL.İNFO

Вернуться назад