Главная > Dünya > Nitsa terrorçusunun əmisi oğlu: “O müsəlman deyildi”

Nitsa terrorçusunun əmisi oğlu: “O müsəlman deyildi”


15-07-2016, 19:51.

nitsa terrorcu

Fransanın Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan Fransa vətdənaşı Məhəmməd Lahueyc Buhlel müsəlman olmayıb. Dailymail nəşrinin yazdığına görə, bunu onun əmisi oğlu deyib. Terrorçunun qohumunun sözlərinə görə, Buhlel içki içib, narkotik qəbul edib, donuz əti deyib və heç vaxt məsçidə getməyib. "Buhlel müsəlman deyildi, o xəstə idi”, – deyə əmisi oğlu bildirib.

Xatırladaq ki, dünən gecə saatlarında baş verən terror zamanı 84 nəfər ölüb, 120 nəfər yaralanıb.
Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.


Вернуться назад