Главная > Cəmiyyət > Etibar Pirverdiyev ağır durumda - Vergi bütün pulunu alıb, maaş verə bilmir

Etibar Pirverdiyev ağır durumda - Vergi bütün pulunu alıb, maaş verə bilmir


16-10-2015, 03:12.
bitmap-img6"Azərenerji” ASC ciddi maliyyə problemi ilə üzləşib.”Turan” agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər
 Bununla bağlı şirkətin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib. "Azərenerji” ASC digər problemlə üzləşib – əməkdaşlarına maaş verə bilmir. 

Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust maaşını ala bilmir. "Deyirlər ki, bir qədər də dözün”, – deyə "Azərenerji” ASC-nin əməkdaşlarından biri bildirib.

"Azərenerji”də maaş böhranı ilə bağlı "Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, qurumun rəhbərliyi işçilərlə söhbətdə məsələyə görə "Azərişıq”ı ittiham edib. İddia edilib ki, "Azərişıq” "Azərenerji”dən aldığı enerjinin pulunu vermədiyinə görə maaş böhranı yaranıb. Lakin işçilər araşdırma zamanı öyrəniblər ki, "Azərişıq” pulu ödəyib. "Azərişıq”dan onlara bildirilir ki, həmin pul "Azərnereji”nin kreditlərinin qaytarılmasına sərf edilib.

"Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar. Bunu "Report”a "Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.

Qeyd edək ki, "Azərenerji”nin əməkdaşları avqust ayından əməkhaqqı almırlar. "Azərenerji”-nin sədri Etibar Pirverdiyevlə bağlı şübhəli məlumatlar dolaşır. Bəzi məlumatlara görə, E.Pirverdiyevin də adın hakimiyyətin üst qatının qara siyahısındadır – yaxın vaxtlarda "Azərenerji” sədrinin işdən çıxarılacağı və ASC-nin özəlləşdirməyə açılması ilə bağlı məlumatlar dolaşır.

E.Pirverdiyev ölkənin ən iri oliqarxlarından – qeyri-rəsmi milyarderlərindən sayılır.

pia.az

 



Вернуться назад