Главная > İdman > Avropa Liqası: "Qəbələ" MTK-ya səfərdə qalib gəldi

Avropa Liqası: "Qəbələ" MTK-ya səfərdə qalib gəldi


14-07-2016, 23:48.
 
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qəbələ" bu mövsüm turnirdə üçüncü matçına çıxıb.

Roman Qriqorçukun komandası Macarıstanda MTK klubunun qonağı olub. İlkin mərhələdə Gürcüstanın "Samtredia" klubunu mübarizədən kənarlaşdıran "qırmızı-qaralar" bu səddi də keçməyə iddialıdır. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə ayrılmalı idi ki, bunu da bacarıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Qəbələ" cavab görüşü öncəsi yaxşı üstünlük əldə edib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.


14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu 

22:30. MTK (Budapeşt, Macarıstan) - "Qəbələ" (Azərbaycan) - 1:2
Qollar: Nika Kvekveskiri, 25 (0:1), Filip Ozobiç, 63 (0:2), Şandor Togelle, 70 (1:2)
Baş hakim: Boyan Pandjiç 
Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom 
Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)
Dyör şəhəri. "Dyirmoti" stadionu. 

Qeyd edək ki, MTK klubu 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. Macarıstan təmsilçisinin futbolçusu Kantanın zərbəsini "Qəbələ"nin qolkiperi Dimitri Bezotosnı dəf edib.

Вернуться назад