Главная > Siyasət > Kremldə Vladimir Putinlə Con Kerri arasında görüş keçirilir

Kremldə Vladimir Putinlə Con Kerri arasında görüş keçirilir


15-07-2016, 00:15.
Kremldə Vladimir Putinlə Con Kerri arasında görüş keçirilir
 
Kremldə Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Putin münaqişələrin nizamlanmasında Rusiya və ABŞ-ın qarşılıqlı səylərinin olduğunu qeyd edib.
 
Rusiya prezidenti bugünkü məsləhətləşmələr barədə ABŞ lideri Barak Obamaya məruzə ediləcəyinə ümid etdiyini də  söyləyib.
 
Putin ilə Kerri Suriyadakı vəziyyəti, Ukrayna böhranını və eləcə də iki ölkə arasındakı münasibətlərə dair məsələləri müzakirə etməyi planlaşdırırlar.
 
Qeyd edək ki, Putin və Kerrinin görüşündə Rusiya XİN başçısı Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Sergey Surkov, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland və ABŞ-ın Rusiyadakı səfiri  Con Teft də iştirak edir.

Вернуться назад