Главная > Ümumi > "Adət-ənənələrimizi yaşadaq"adlı layihə keçirildi

"Adət-ənənələrimizi yaşadaq"adlı layihə keçirildi


24-11-2015, 20:21.
 
Ağdaş şəhərində 21 noyabrda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə VII QRANT müsabiqəsində seçilmilş "Adət-Ənənələrimizi Yaşadaq" adlı şeir,rəqs,rəsm və əl işi müsabiqəsi layihəsi keçirilmişdir.
 
Layihənin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb
 
2 hissədə - (Rəsmi və Bədii) davam etmişdir.Rəsmi hissədə layihənin rəhbəri Rəhman Cəfərli çıxış edərək Azərbaycan Gənclər Fondunun hər zaman gənclərə dəstək olduğunu bildirdi.Sonra isə layihə haqqında qısa məlumat verən R.Cəfərli bildirdi ki,"cənab prezident İ.Əliyevin və xanımı M.Əliyevanın adət-ənənələrimizin qorunmasında əməkləri böyükdür.Məhz buna Bakı 2015 1-ci Avropa Oyunlarını da misal göstərmək olar" deyə R.Cəfərli bildirib.
 
Növbəti çıxışı isə layihənin mühasibi Ayşən Şükürova davam etdirib. A.Şükürova adət-ənənələrimizlə bağlı maarifləndirmə tədbirlərinin yalnız məktəblərdə deyil,həmçinin universitetlərdə də həyata keçirildiyini bildirib.A.Şükürova təhsil aldığı Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini buna misal göstərib.Layihənin rəsmi hissəsi sona çataraq bədii hissənin açılışı olub.Gələn qonaqlar və layihə nümayəndələri layihə iştirakçılarının nümayişlərini izləyiblər.
 
Ağdaşın gənc istedadlıları bacaracaqların göstərmiş və müvafiq olaraq sonda sertifikatlarla təltif ediliblər.
 
 
 
 
 

ULUYOL.İNFO

Вернуться назад