Главная > İdman > “Qarabağ” qalib gəldi

“Qarabağ” qalib gəldi


12-07-2016, 23:21.

qarabag

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Azərbaycan çempionu "Qarabağ” 2016/17 mövsümündə ilk matçına çıxıb.

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.

Qollar: Riçard Almeyda, 10 (1:0), 28 (2:0)

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.


Вернуться назад