Главная > Cəmiyyət > Rəşidə Rəşid: “Xalq kütləvi intihar edir”

Rəşidə Rəşid: “Xalq kütləvi intihar edir”


10-07-2016, 20:11.

Mətbuata demək olar ki, çox az müsahibə verən müğənni Rəşidə Rəşid (Behbudova) sosial şəbəkədə olduqca aktivdir. Sənətçi vaxtaşırı müxtəlif sosial məsələlərə münasibətını açıqlayır. Digər sənət adamlarından fərqli olaraq, Rəşidə Rəşid ictimai-siyasi hadisələrə vətəndaş münasibətini sərgiləməkdən çəkinmir. Bu dəfə də sənətçi xanım ölkədə intihar hadisələrinin sayının artmasından narahatlığını açıqlayıb və bu məsələdə hakimiyyəti qınayıb:

 "Hakimiyyət praktiki olaraq intiharların artmasından narahat deyil???? Bu məni çox hiddətləndirib. Milli Məclis! Siz deputatlar!!! Sizi xalq (!) seçib…..? Nəhayət, rəhbərliyin xoşuna gəlmək eyforiyasından ayılın! Xalq kütləvi intihar edir!!!!”


Rəşidə Rəşid bu şərhinin ardından Bakıda iki nəfərin intihar etməsi haqda xəbəri paylaşıb.

 



Вернуться назад