Главная > Maraqlı > Ərdoğan Messi və Maradonayla futbol oynayacaq

Ərdoğan Messi və Maradonayla futbol oynayacaq


10-07-2016, 01:39.
 
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın  iyulun 16-da  Antaliyada  keçiriləcək dostluq futbol matçında "Barselona"nın ulduz futbolçusu  Lionel Messi ilə birlikdə meydançaya çıxacaq.
 
Avropa.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan  "Samuel Etoo Fondu"nun 10-cü illik yübleyi münasibəti ilə  Antalyada keçiriləcək, dünya futbol  ulduzlarının da iştirak edəcəyi matçda meydanda olacaq.

Bu haqda məlumat verən Antaliya Böyükşəhər Bələdiyyəsinin sədri  Menderes Türel Ərdoğanın bu matçda iştirak etmək təklifini qəbul etdiyini deyib.

"Messinin yanında başqa bir dünya ulduzu  prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Antalya Arena stadionunda  futbol oynayacaq. Xarici işlər nazirimiz cənab Mövlud Çavuşoğlu və bəndənizin də bu matçda forma  geyinəcək" deyə bələdiyyə sədri qeyd edib.

Qeyd edək ki, bu matçı "Antaliyaspor"un ulduz futbolçusu Samuel Etonun öz adına olan fond Afrikalı uşaqlara xeyriyyə yardımı məqsədi ilə keçirəcək. Matçda dünya ulduzlarından Maradona, Messi, Neymar, Suares, Eden Hazar, Totti, Esiyen, Xavi, İnyesta, Arda Turan və başqalarının iştirakı gözlənilir.
 

Вернуться назад