Главная > Ölkə / GÜNDƏM > Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib

Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib


24-11-2015, 18:52.
Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib
 
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyəyə planlaşdırılmış səfərindən imtina edib.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu S. Lavrov özü bəyan edib. O, Türkiyəyə səfərdən imtinasının səbəbi kimi bu ölkədə terror təhlükəsinin yüksək olmasını göstərib: "Türkiyədə terror təhlükəsi Misirdə olduğundan az deyil. Rusiya XİN Rusiya vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görür”.
 
Qeyd edək ki, noyabrın 25-də İstanbulda Sergey Lavrovun V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılmışdı.(musavat.com)

Вернуться назад