Главная > Dünya > Vyetnamda abortun qarşısın alacaq addım atıldı- təşəbbüskar sadə vətəndaş oldu

Vyetnamda abortun qarşısın alacaq addım atıldı- təşəbbüskar sadə vətəndaş oldu


8-07-2016, 22:55.

Bu cür böyük ürəyə sahib olan insan dünyada bir neçə nəfərdir

Tonq Fuok Fuk adlı vyetnamlı ilk baxışdan mümkün olmayanı edib.

Orta yaşlı vyetnamlı  kişi müxtəlif səbəblərdən dünyaya uşaq gətirmək istəməyən və abort etdirən qadınları müşahidə edərək onların halına acıyıb.  Bu hadisə 2001-ci ildə, onun arvadı hamilə olduğu zaman baş verib. Tonq bətnində körpə daşıyan hamilə qadınların abort otağına necə daxil olduqlarını və həmin yerdən körpəsiz çıxdıqlarını seyr edib.  Valideynin öz övladını hələ dünyaya gəlməzdən öncə, ana bətnində necə məhv etdiyini heç cür anlaya və qəbul edə bilməyib.  Bu mənzərəni müşahidə etdikcə ürəyinin dərinliyində çox əziyyət çəkən Tonq Fuk şəxsi vəsaiti hesabına torpaq sahəsi alaraq, orada məzarlıq yaradıb.  Beləcə abort zamanı məhv edilən körpələrin cansız bədənlərini klinika ilə razılıq əsasında götürərək həmin məzarlıqda dəfn etməyə başlayıb.  iki il ərzində  10 min körpənin cəsədini dəfn edir. 

 

Lakin vyetnamlının həqiqi məqsədi aborta məruz qalan körpələrin cansız bədənlərini dəfn etməkdən daha çox bu cür halların baş verməsinin qarşısını almaq  olub.  Tonq ümid edirdi ki, hamilə qadınlar məzarlığa gələrək oradakı abu-havanın təsirindən  öz uşaqlarını abort etdirməkdən çəkinəcəklər. Əlbəttə ki, müəyyən zaman keçdikcə Tonqun bu arzusu gerçəkləşdi. Maddi imkansızlıq üzündən övlad dünyaya gətirib böyütməyin çətinliyini hiss edən valideynlər  Tonqa üz tutdular. İdeyasının baş tutduğunu görən Tonq özünəməxsus torpaqda ev tikərək dünyaya gələn uşaqları böyütmək qərarına gəldi. Beləcə artıq  Tonqun körpələr evində 100-dən çox uşaq böyüyür. Vyetnamlı şəxs həmin uşaqların gələcəkdə valideynlərinə qaytarıla biləcəyini də deyir: "Mən son nəfəsimə qədər bu işə davam edəcəyəm. Ümid edirəm ki, mənim övladlarım da insanlara hər zaman kömək edəcəklər”.

 

(islaminsesi.org)


 


Вернуться назад