Главная > Siyasət > Entoni Blinken:"Üçüncü dünya müharibəsi istisna deyil"

Entoni Blinken:"Üçüncü dünya müharibəsi istisna deyil"


8-07-2016, 22:48.
 
"Hər hansı təsadüfi bir təxribat Üçüncü dünya müharibəsinə yol aça bilər”.

Bu fikri "Exo Moskva”ya müsahibəsində Dövlət Departamentinin mili təhlükəsizlik üzrə müşavirinin müavini Entoni Blinken deyib.

Onun sözlərinə görə, üçüncü dünya müharibəsi düşünülmüş plandan daha çox təsadüfi bir haldan doğan formada baş verə bilər və dəhşətlərə yol aça bilər.

"Ancaq mən indiki halda bunu görmürəm. Düşüncəmə görə, əgər tərəflər özlərini ehtiyatlı apararlarsa, o zaman müharibəyə ehtiyac qalmayacaq. Ancaq hesab edirəm ki, təsadüfi hallar buna yol aça bilər. Nə zaman ki, Rus təyyarələri NATO təyyarələrindən cəmi bir neçə metr məsafədə uçur, Alyansın gəmilərinə həddən artıq yaxınlaşırlar və bunlar çox təhlükəli formada həyata keçirilir və həmin təyyarə və gəmilər də adekvat tədbirlər görmək hüququna malikdirlər. Bax bunlar çox təhlükəli amillərdir. Belə təhlükələrdən qaçmaq lazımdır. Bu hallar müəyyən təsadüflərə yol aça bilər ki, bunun da nəticəsi nə ilə bitər, bax onu proqnozlaşdırmaq çətindir”, deyə E. Blinken vurğulayıb.
 
(moderator)

Вернуться назад