Главная > İdman > AÇ-2016: Fransa, yoxsa Almaniya?

AÇ-2016: Fransa, yoxsa Almaniya?


7-07-2016, 14:05.

 Bu gün Avropa çempionatında ikinci finalçının adına aydınlıq gələcək.

 

Turnirin favoritləri - meydan sahibi Fransa və Almaniya həlledici oyuna vəsiqə uğrunda mübarizə aparacaqlar.

 

1/4 finalda İtaliyanı mübarizədən kənarlaşdıran Almaniya meydan sahiblərinə də eyni kədəri yaşatmaq niyyətindədi. Ancaq "skuadra adzurra" ilə oyun almanlara bir neçə itki verib. Belə ki, Mats Hummels italyanlarla oyunda aldığı sarı vərəqəyə, Sami Kxedira və Mario Qomes isə zədəyə görə fransızlarla oyunu buraxmalı olacaq.

 

Yoahim Lövdən fərqli olaraq, Fransa millisinin çalışdırıcısı Didye Deşamın heyətlə bağlı heç bir problemi yoxdu. 1/4 finalda İslandiyanı rahatlıqla mübarizədən kənarlaşdıraraq (5:2) gücünə qənaət edən "xoruzlar", evdə təşkil edilən qitə birinciliyində finala vəsiqə qazanmaq fürsətini əldən vermək niyyətində deyil.
Bu cütün qalibi həlledici oyunda dünən Uelsi mübarizədən kənarlaşdıran (2:0) Portuqaliya ilə qarşılaşacaq.

 

AÇ-2016, yarımfinal

7 iyul

23:00 Almaniya - Fransa 
Baş hakim: Nikola Ritsoli 
Köməkçi hakimlər: Elenito di Liberatore, Mauro Tonolini 
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya) 
Dördüncü hakim: Damir Skomina (Sloveniya) 
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya) 
Yer: Marsel. "Velodrom” stadionu

 

(publika.az)


Вернуться назад