Главная > Maraqlı > Qiyas İbrahimova “Rəssam” ləqəbi verildi

Qiyas İbrahimova “Rəssam” ləqəbi verildi


7-07-2016, 13:20.

Heydər Əliyevin heykəlinin postamentinə yazı yazdıqdan sonra narkotik saxlamaq ittihamı həbs edilən siyasi məhbus Qiyas İbrahimova "Rəssam” ləqəbi verilib.

Bu haqda "Basta” əməkdaşına cəza müddətini başa vuraraq yenicə həbsxanadan çıxmış məhbuslardan biri məlumat verib.

"Bütün türmələrdə Qiyasa böyük hörmət var. Avtoritetlər ona "Rəssam” ləqəbini veriblər”, – mənbə bildirib.

Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onun Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F… the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəal haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qiyas İbrahimovun üstündən 2 qram, evindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Mayın 16-da Qiyas İbrahimovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubuna münasibət bildirməyiblər.

bastainfo.com


Вернуться назад