Главная > Mənəviyyat > Sami Yusifdən təqdirəlayiq davranış

Sami Yusifdən təqdirəlayiq davranış


7-07-2016, 00:32.
Azərbaycanlı müğənnidən təqdirəlayiq davranış
 
Məşhur müğənni Sami Yusif Avstraliyadakı konsertindən əvvəl Atatürk Hava Limanında baş verən terror hadisəsinə münasibət bildirib.
 
Əslən azərbaycanlı olan müğənni Melburn şəhərində baş tutacaq konsertindən əvvəl müsahibə verərək Atatürk Hava Limanında törədilən terakta görə kədərləndiyini dilə gətirib:
 
"Bütün qəlbimlə faciə qurbanlarının yanındayam, onların hamısı şəhiddir. Ailələr üçün ilk 6-7 saat heç nə bilməmək həqiqətən də çox dəhşətli durumdur. Allah onlara rəhmət eləsin, ailələrinə səbir versin. Çox çətin zamandır. Allah Türkiyəni, müsəlman dünyasını, bütün insanları qorusun! Ümid edirəm ki, gələcəkdə daha yaxşı günlər görəcəyik”.
 
Qeyd edək ki, Atatürk Hava Limanında törədilən terakt nəticəsində 45 nəfər həlak olub, 200-dən çox adam yaralanıb.//axar.az

Вернуться назад