Главная > Dünya > Rusiya Dövlət Dumasının binasında partlayış olub

Rusiya Dövlət Dumasının binasında partlayış olub


6-07-2016, 13:58.
Rusiya Dövlət Dumasının binasında partlayış olub
 
Moskvada Rusiya Dövlət Dumasının binasında içərisində kimyəvi qarışıq olan balon partlayıb.
 
APA-nın "Interfax”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
 
Tibbi xidmətdə olan mənbə bildirib ki, həmin şəxs Dövlət Dumasının işçisidir. Hadisə yerinə 5 yanğınsöndürən maşını cəlb olunub.
 
Hadisə barədə hələlik rəsmi məlumat yoxdur. 

Вернуться назад