Главная > Siyasət > Lavrovun Bakı səfərinin tarixi dəqiqləşdi

Lavrovun Bakı səfərinin tarixi dəqiqləşdi


5-07-2016, 18:22.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun ikinci ongünlüyündə Bakıya səfər edəcək.

 

Bu barədə Trend-ə diplomatik mənbə bildirib.

 

Qeyd edək ki, bundan öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə S.Lavrovun Azərbaycana səfər edəcəyini bildirmişdi.

 

Nazir qeyd edib: "Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq".


Вернуться назад