Главная > Mənəviyyat > Ramazan bayramının vaxtı dəyişdi

Ramazan bayramının vaxtı dəyişdi


5-07-2016, 14:54.

 

Dünya Ramazan bayramına hazırlaşır. Bəzi ölkələr bu gün bayram etsə də, bir qism bu gün Ramazan ayının son günün yaşayır. Bayram ayın görünməsindən asılı olaraq qeyd edilir.

 
Bayram ərəfəsində Taylandda qəribə hal yaşanıb. Ölkənin şeyxülislamlıq idarəsi daha öncə bayramın iyulun 5-nə təsadüf edəcəyini açıqlamışdı.

 

Bu gecə verilən açıqlamada isə ayın görünmədiyi və bayramın iyulun 6-na keçirildiyi bildirilib. Taylandda yaşayan 8 milyondan çox müsəlmanı birləşdirən idarə hər il Ramazanla bağlı fətva verir.

 

Aparılan araşdırmalardan və müşahidələrdən sonra bu ölkədə Ramazan ayı bir gün uzanmış olub.

 
Türkiyənin Dəyanət İşləri Nazirliyi təzə ayın doğulmasını izləmək üçün günəşin ən tez batdığı Çilinin 2 min km şimalındakı bir məkana əməkdaşlarını göndərib.

 

Beynəlxalq Hicri Təqvimi Birliyi Konqresinin vahid təqvim haqqında qərarına baxmayaraq bəzi ölkələr Ramazan bayramını 1 gün fərqlə edirlər. Məsələn, Türkiyə bu gün bayram edir, Səudiyyə Ərəbistanında isə bu gün son oruc tutulur.

 

Aralarında Türkiyə, Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, Misir, İordaniya kimi 50-yə yaxın ölkənin elm və din adamları may ayının 28-30-da İstanbulda toplanmışdı. Onlar üç gün vahid təqvimlə bağlı müzakirələr aparmış, sonra razılıq əldə etmişdilər. (anspress)


Вернуться назад