Главная > İdman > Messi azarkeşləri: 'Gəlin bütün zamanların ən nəhəngini getməyə qoymayaq' - Video

Messi azarkeşləri: 'Gəlin bütün zamanların ən nəhəngini getməyə qoymayaq' - Video


4-07-2016, 21:38.
Messi azarkeşləri: 'Gəlin bütün zamanların ən nəhəngini getməyə qoymayaq' - Video
 
Müxtəlif mənbələr Lionel Messinin Argentina millisinə dönəcəyini desələr də, hələ ki,
bu barədə dəqiq məlumat yoxdur. 

Milli.Az Marca-ya istinadən bildirir ki, ötən həftə Messinin qohumu və eyni zamanda
masajçısı Marselo D`Andrea onun qayıdacağını, amma sentyabrda Uruqvay və
Venesuelaya qarşı oyunlarda iştirak etməyəcəyini bildirib. Onlarla məşhur adam,
hətta Argentinanın prezidenti Maurisio Makri, adaşı (adı ilə adlandırıldığı) məşhur
müğənni Laynl Riççi, sadə insanlar Messiyə qayıtması üçün müraciət ediblər. 

Son çarəni isə Leoya Allahın adı ilə müraciət etməkdə görüblər. 

Bu gün yayılan videoda Leonun kiçik yaşlarından bu yana oynadığı futboldan
fraqmentlər göstərilir və "Allahın səsi" Messiyə Argentina dəsmalını atmamağı
məsləhət görür: "Öz adıma and verirəm. Yalnız sənin əlində o dəsmal qalacaq
və sən onu göylərdə, buludlardan asacaqsan".

Videonun sonunda isə səs müraciət edir: "Gəlin bütün zamanların ən nəhəngini
getməyə qoymayaq".



 


Вернуться назад