Главная > Dünya > Pakistanda daşqınlar nəticəsində 43 nəfər həlak olub

Pakistanda daşqınlar nəticəsində 43 nəfər həlak olub


3-07-2016, 23:56.
​Pakistanda daşqınlar nəticəsində 43 nəfər həlak olub
Pakistanın şimal-qərbində baş vermiş daşqınlar nəticəsində 43 nəfər ölüb. "Report"un
məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyət orqanlarına
istinadən xəbər yayıb.

Məlumata görə, güclü yağışlar Hayber-Paxtunxva vilayətinin Çitral dairəsində, şənbə
axşamı başlayıb. Leysan məscidi, ordu postunu və bir neçə evi yararsız hala salıb.
Habelə 40-dan çox insanın ölümünə səbəb olub. Ölənlərdən 8-i hərbçilərdir.

"Həlak olanlardan 16 nəfəri daşqının uçurduğu məsciddə dua edənlərdir" –
deyə vilayətin təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə idarəsinin nümayəndəsi
Latifur Rəhman bildirib. O əlavə edib ki, hazırda daşqınlardan zərər çəkmiş
ərazilərdə axtarış-xilasetmə əməliyyatları aparılır.

 

Вернуться назад