Главная > İdman > Azərbaycanlı gənc idmançının Almaniyada böyük uğuru... - FOTOLAR

Azərbaycanlı gənc idmançının Almaniyada böyük uğuru... - FOTOLAR


3-07-2016, 15:40.
Azərbaycanlı gənc idmançının Almaniyada böyük uğuru... - FOTOLAR
 
Azərbaycanlı gənc idmançı Almaniyada böyük uğur qazanıb.

Musavat.com xəbər verir ki, 14 yaşlı azərbaycanlı gənc Cavid Əlizadə Almaniyanın
Munster şəhərində yaşayır. Cavid Əlizadə Dosten şəhərində keçirilən boks üzrə
yarışda 50 kg çəki dərəcəsində bütün rəqiblərini nakaut edərək, 1-ci yerin sahibi olub.

Cavid Əlizadə mərhum sanbo məşqçisi Əbülfəz Əliyevin nəvəsidir. Əbüfəz
Əliyev Azərbaycanın Sanbo Federasiyasında uzun illər baş məşqçisi kimi fəaliyyət
göstərib. Bu çətin və şərəfli yolda babasının irsini layiqincə davam etdirən Cavid
Əlizadəyə uğurlar arzu edirik.

Mənsumə Kənanqızı, 
İsveç

 



Вернуться назад