Главная > Siyasət > Müsavat Partiyasının iyun ayı ərzində gördüyü işlər barədə – İcmal
Müsavat Partiyasının iyun ayı ərzində gördüyü işlər barədə – İcmal2-07-2016, 15:49. |
Müsavat Partiyasının Mətbuat Xidmətindən partiyanın bir ay ərzində gördüyü işlər barədə İcmalı saytımıza təqdim olunub. İyunun 3 də Müsavat Partiyası tərəfindən 2 iyun 2016-cı il tarixdə Almaniya Bundestaqı 1915-ci il hadisələri zamanı baş verənləri erməni iddialarına əsaslanmaqla "soyqırım” kimi tanınması haqda qəbul etdiyi qərarla bağlı açıqlama yayıb. Müsavat Partiyası Almaniya Bundestaqının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması haqda faktlara əsaslanaraq qəbul etdiyi qətnaməsini məmnuniyyətlə xatırladığını bildirməklə yanaşı, Bundestaqın soyqırımla bağlı qərarını Avropanın Şərqə doğru genişlənmə stratejisinə zərbə, Qafqaz regionunda ölkələrarası münasibətlərin yaxşılaşması imkanlarını daha da çətinləşdirən bir hadisə kimi pisləyərək bu qərara etirazını bildirdi. İyun ayının 6-da Müsavat Partiyasının başqanı Arif Hacılı "Panama sənədləri” ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevin ailə üzvləri və yaxın qohumlarının Londonda milyonlarla dollarlıq mülkləri haqqında yayılan faktların araşdırılması, onlara hüquqi qiymət verilməsi tələb edilib. İyun ayının 6- da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavat Partiyasının Məclisinin sədri Nüşabə Sadıxlı müsavatçı xanımların yerli və beynəlxalq ictimaiyyətdə "heykəl mıəhbusu” kimi tanınan Qiyasəddin İbrahimovun ailəsini ziyarət etməsi haqqında məlumat verib. Divan ölkədə baş verən ictimai-siyasi hadisələri, o cümlədən Almaniya Bundestaqında uydurma erməni soyqırımı haqqında qəbul edilən qərarı və onun ölkələrarası münasibətlərə mənfi təsirlərini geniş müzakirə edib. İyun ayının 7-də Müsavat Partiyasının Sədrlər şurasının növbəti iclası keçirilb. İclasda İcra Aparatının rəhbəri Gülağa Aslanlı və Divan üzvü Razim Əmiraslanlı 06 iyun tarixində keçirilmiş Divan haqqında məlumat vermiş,ictimai-siyasi vəziyyət və rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunmuşdur. İyun ayının 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavat Partiyasının Məclisinin sədri Nüşabə Sadıxlı Məclisin komissiyalarının tədbirlər planlaşdırdığını bildirib. Divan məsələni müzakirə edərək komissiyaların keçirəcəyi tədbirlərin qrafikini müəyyən edib. İlk olaraq Məclisin Təhsil Komissiyasının tədbirinin iyunun 18-də keçirilməsi qərarlaşdırılıb. Divan Avropada yaşayan mühacir müsavatçıların təsis etdiyi Koordinasiya Mərkəzinin Almaniyada rəsmi qeydə alınması haqqında məlumatı təqdir edərək, mühacir müsavatçıların bir təşkilatda birləşməsinin fəaliyyətlərinin daha da səmərəli olması baxımından mühüm hadisə kimi qiymətləndirib. İyun ayının 14 də Müsavat Partiyası sədrlər şurasının iclası keçirilib İclasda Divan iclası haqqında məlumat dinlənilib və ictimai-siyası vəziyyət,rt-nın qarşısında duran vəzifələr müzakirə edilib. İyun ayının 15-də Müsavat Başqanı Arif Hacılı Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Bakıda səfərdə olan həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak görüşüb. Görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub. İyun ayının 16-da "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi məişət zorakılığına məruz qalmış xanımlar və onların uşaqları üçün yay geyimlərinin tədarükü kampaniyası ilə bağlı Qurumun rəhbəri Mehriban Zeynalovanın təşəbbüsünə Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu və Divan üzvü Vəfa Cümşüdlü dəstək verdilər. İyun ayının 18-də Müsavat Partiyasının qərargahında Müsavat Məclisnin Təhsil Komissiyasının "Məktəbəqədər təhsilin problemləri” mövzusunda tədbir keçirilib. Müzakirələrdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Divan üzvləri Elman Fəttah, Alya Yaqublu, Razim Əmiraslanlı ,Vəfa Cümşüdlü və digərləri iştirak ediblər.Tədbirdə Müsavat Məclisnin Təhsil Komissiyasının sədri, tanınmış pedaqoq Dilşad Nağı məruzə ilə çıxış edib. İyun ayının 20-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavat partiyasının başqanı Arif Hacılı Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri ilə görüşü barədə Divan üzvlərini məlumatlandırıb. Görüşdə ölkədəki insan haqlarının ağır durumu ictimai-siyasi vəziyyət, Qarabağ problemi və digər məsələlər müzakirə edilib. Müsavat Partiyasının Təhsil Komissiyasının 18 iyunda "Məktəbəqədər təhsil” mövzusunda keçirdiyi tədbir barədə Məclis sədri Nüşabə Sadıxlının məlumatı dinlənilib. Divan komissiyasının keçirdiyi tədbiri və müzakirə olunan mövzunu Azərbaycanda aktual olan təhsil islahatı müstəvisində mühüm iş kimi qiymətləndirərək Komissiyanın sədri pedaqoq Dilşad Ələkbərliyə təşşəkürünü bildirib. İyunun 24-də mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 78 il dönümü münasibəti ilə Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Elçibəyin məzarı üstünə gül dəstələri qoyulub və burada Azərbaycanın himni oxunub. Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki ilə görüşüb. İyun ayının 25-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Məclisin sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda əvvəlcə Müsavatın himni oxunub. Gündəlik təsdiq edildikdən sonra təşkilati məsələlərə baxılıb. Nərimanov və Göyçay rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarının nəticələri təsdiqlənib. Daha sonra Müsavat başqanı Arif Hacılı ölkədəki ictimai siyasi vəziyyətlə bağlı məruzə edib. Məruzə ətrafında MSDM – in sədri İsa Qəmbər, Məclis üzvləri Cahangir Əmirxanlı, Yusif Mehdili, Dilşad Nağı, Akif Bədirli, Tofiq Yaqublu, Rəşid Vəliyev və MNTK üzvü Lümunət Əmrahlı çıxış ediblər. İyun ayının 26-da Müsavat Partiyası Nizami rayontəşkilatının ümumi yığıncağı keçirildi. Yığncaqda təşkilati məsələlərə baxıldı.Sədr,sərbəst şura üzvü və NTK üzvülüyünə gizli səs vermə yolu ilə seçkilər keçirildi. İyun ayının 26-da Müsavat Partiyası Bərdə rayon təşkilatının növbəti Konfransı keçirilib. Təşkilatın sədri, sərbəst şura üzvləri ve NTK üzvləri gizli sesverme yolu ile seçilib. Müsafir Cəmilli yenidən rayon teskilatının sədri seçildi. Konfransın işində Müsavat Partiyası başqanının müşaviri Dadaş Əhmədli iştirak edib. İyun ayının 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İyun ayının 28-də Müsavat Partiyasının qərargahında iftar süfrəsi açılıb. İyun ayının 29-da Müsavat Partiyasının bir qrup təmsilçisi İstanbuldakı Atatürk hava limanında azı 41 nəfərin həlak olması ilə nəticələnən terror aktı ilə əlaqədar Türkiyənin Bakıdakı səfirliyini ziyarət ediblər.Tədbirdə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, partiya başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, Divan üzvü Razim Əmiraslanlı, MGT sədri Əbülfəz Sadıxbəyli və partiyanın digər üzvləri iştirak ediblər. İyun ayının 29-da Sabunçu rayon təşkilatının şura iclası keçirilib və təşkilati məsləyə baxılıb. Gizli səs vermə yolu ilə Gülməmməd Abdullazadə konfransa qədər rayon təşkilatının sədri seçilib. İyun ayı ərzində Nəsimi, Səbail,Xəzər ,Xətai,Yasamal,Binəqədi, Sabunçu, Suraxanı, Sumqayıt, Şirvan, Qubadlı, Cəlilabad, Masallı, Xaçmaz, Göyçay, Biləsuvar , Müsavat GT-nın şura və MNTK-nın iclasları keçirilib. İyun ayında Müsavat Partiyasına onlarla yeni üzv qəbul olunub. Müsavat Partiyası Təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı
Bastainfo.com Вернуться назад |