Главная > Kriminal > Gülər Əhmədova yenidən məhkəmədə

Gülər Əhmədova yenidən məhkəmədə


2-07-2016, 19:55.

gulerehmedova-yeni

Bakı Apellyasiya Məhkəəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Həsən Əhmədov sədrlik edib. Prosesdə təqsirləndrilən şəxsin anket məlumatları dəqiləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Xatırladaq ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib (Virtualaz.org).
Вернуться назад