Главная > Kriminal > Avropa Məhkəməsi Azərbayacan hökumətini yenə cərimələdi

Avropa Məhkəməsi Azərbayacan hökumətini yenə cərimələdi


30-06-2016, 16:32.

avropa-mehkemesi

Bu gün Avropa Məhkəməsi 18 iş üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb. Vəkil yazır ki, işlərdən 13-ü onun müdafiə etdiyi şəxslərlə bağlıdır. Vəkil bildirir ki, kompensasiya hamıya eynidir və ümumi məbləğ 165000 avro təşkil edir.
Şikayətləri təmin olunan şəxslər aşağıdakılardı
1.Məmməd İbrahim
2. Qurbanlı Əbülfəz
3. Hacıbəyli Rüfət
4.Budaqov Elşad
5.Carçıyev Orxan
6.Xalıqov Vaqif
7.Fərhadi Hafiz
8.Cərullayev Elçin
9.Kərimov İnqilab
10.Abbasov Şakir
11.Eyvazov Zülfiqar
12.Mirələmli Təzəxan
13.Həsənov Bəhruz

Eyni zamanda Avropa Məhkəməsi 4 seçki işi ilə bağlı qərarlarını elan edib.Şikayətçilər:
1. Məmmədli Nürəddin
2.Cərullayeva Dünyaxanım
3.İltizam Əkbərli
4. Pələngov Nabatəli (Qulamoğlu)
Hər şikayətçiyə 10 000 avro (ümumi 40 min avro ) və ümumilikdə hüquqi yardım üçün 4 000 avro təyin edilib (cəmi 44 ooo avro). Birinci 3 işdə nümayəndə İntiqam Əliyevdir
Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərar da elan edib və kompensasiyanın məbləği 20 900 avrodur.


Вернуться назад