Главная > GÜNDƏM > Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlər

Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlər


23-11-2015, 20:59.
Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlər
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin Sabirabad rayonunda 7 yaxın qohumunun həbs edilməsi gözlənilir. 

Bu barədə musavat.com-a məlumat daxil olub. 

Xəbəri dəqiqləşdirmək üçün Pənah Hüseynin özü ilə əlaqə saxladıq. Hazırda Sabirabadda olduğunu deyən Pənah Hüseyn xəbərin doğru olduğunu bildirdi. 

Onun sözlərinə görə, parlament seçkilərindən bir müddət öncə qohumları - qardaşı Adil Hüseynov, qardaşı oğlu Vasif Hüseynov, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xalid və Sərxoş Hüseynovların barəsində xuliqanlıq maddəsi ilə açılmış cinayət işi ilə bağlı gözlənilməz gəlişmə baş verib: "Onların cəlb olunduğu 221.2 və 222.3 xuliqanlıq maddələri ilə cəlb olunduğu məhkəmə gedişatında şahidləri dinləmədən, heç bir vəsatəti təmin etmədən, hətta ittiham tərəfinin sübutları olmadan məhkəmə prosesi təyin edilib. Noyabrın 30-na məhkəmə prosesi təyin edilib və ittihamçının cəza istəyəcəyi çıxışı gözlənilir. Birdən-birə belə bir dramatik vəziyyətin seçkidən xeyli sonra yaradılması bizim üçün də gözlənilməzdir. Rayona yeni gəlmişəm, araşdırma aparıram. Vəziyyəti ətraflı öyrənib, geniş məlumat verəcəyəm”. 

P.Hüseynin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir. 

E.SEYİDAĞA

Вернуться назад