Главная > Problem > Cəlilabadın rəis müavini polisləri bağında işlədir -FOTOLAR

Cəlilabadın rəis müavini polisləri bağında işlədir -FOTOLAR


30-06-2016, 16:17.

polis celilabad

Azərbaycan Respublikasının qanunlarına görə polis nəfəri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməli, cinayət və digər xətaların qarşısını almaq üçün tədbirlər görməlidir.

Şəkildə gördüyünüz kimi, Cəlilabadda vəziyyət başqadır. Şiləvəngə kəndindən olan Yasin adlı polis nəfəri, RPŞ-nin rəis müavini Eldar Səfərovun həyətini suvarır, bağbanlıq edir. Çox maraqlıdır ki, niyə iş vaxtı polis nəfəri öz rəisinin həyətini suvarmalıdır? Polis nəfəri həmin ərəfədə öz funksional vəzifəsini yerinə yetirməli deyil?

Eldar Səfərovu rayonumuzda hər kəs çox gözəl tanıyır, onun nə oyunlardan çıxdığını hər kəs bilir. Səfərov rayonumuzda vəzifə hesabına ən çox haqsızlıq edənlərdən biridir.

Xatırladaq ki, bu məlumat "Cəlilabadımız” adlı feyzbuk səhifəsində yayılıb. (Arqument.az)




Вернуться назад