Главная > Siyasət > Putin Türkiyəyə qarşı qadağaları aradan qaldırdı

Putin Türkiyəyə qarşı qadağaları aradan qaldırdı


29-06-2016, 17:09.

Putin ukraynalı məhbusları əfv etdi

Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasındakı telefon danışığı ilə bağlı Kremldən açıqlama gəldi. Putinin hökumətə biznes əlaqələri də daxil olmaqla, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində tapşırıq verdiyi açıqlandı.

Məlumata görə, Putin rus turistlərinin Türkiyəni ziyarət etməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

"Hürriyet” qəzetinin yazdığına görə Putin həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlığın yenidən qurulmasına dair Türkiyə ilə müzakirələrin başlanması üçün Rusiya hökumətinə təlimat verib.

Putin prezident Ərdoğanın bazar ertəsi günü göndərdiyi məktubun, Türkiyə-Rusiya münasibətlərindəki "Böhran dövrünün” bitməsi üçün zəmin yaratdığını söyləyib.

"Obyektiv İstintaq”

DHA’nın xəbərinə görə, Putin vurulan Rus təyyarəsinin pilotunun ölümünə səbəb olan Türkiyə vətəndaşı haqqında açılan istintaqın obyektiv olacağına ümid etdiyini bildirib.

İki ölkənin başçıları terror təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktivləşdirilməsi zərurətini də vurğulayıblar.


Вернуться назад