Главная > Maraqlı > Facebook-dan əyləncəli yenilik

Facebook-dan əyləncəli yenilik


29-06-2016, 15:14.

facebook

Facebook sınağına hələ ötən ilin noyabrında başladığı «Slideshow» xidmətini istifadəyə verib.

Bu özəlliklə sosial şəbəkə istifadəçiləri öz foto və videolarından slayd hazırlaya biləcəklər.

«Slideshow» ilə özəl günlərdə çəkilən video və fotolardan, yaxud ayrıca albomlardan ibarət kollaj filmi hazırlamaq olar.

Müxtəlif video effektlərdən, çərçivə və animasiyalardan yararlanmaqla yanaşı, filmə musiqiylə də rəng qatmaq mümkündür.

İstifadəçilər foto və videonun kombinasiyasını yarada və hər ikisindən ayrı- ayrılıqda faydalana bilərlər.

«Slideshow» xidməti bu həftənin sonunda iOS istifadəçilərinə əlçatan olacaq. Android platforması üçün istifadə tarixi, hələlik, bilinmir.


 


Вернуться назад