Главная > Maraqlı > Çay xərçəng yaradırmış...

Çay xərçəng yaradırmış...


28-06-2016, 16:11.

 

Hədsiz isti içkilərin qida borusu, qırtlaq, damaq xərçənginə səbəb olduğu müəyyən edilib.


Mütəxəssislər son illərdə belə xəstələrin daha çox artdığını bildirib. Qida borusu, qırtlaq və damaq xərçənginin artmasına səbəb isə qaynar, çox isti halda içilən çayın səbəb olduğu qeyd edilib. Çayı hədsiz isti halda "dişləmə” üsulu ilə  içənlər arasında xəstəliyə yoluxanların daha çox olduğu müəyyənləşib.


Həkimlər çayın içinə qəndi atıb qarışdırdıqdan sonra içməyi məsləhət görürlər. Belə olan halda çay bir qədər soyuyur. Stəkana tökülən çay 75-80 dərəcə istilikdə olur, içinə qənd atılıb qarışdırıldıqdan sonra isə istilik 60 dərəcəyə qədər düşür. Bu iki dərəcə arasındakı fərq xərçəng yaranmasına böyük təsir göstərir, xərçəng yaranması riskini azaldır. 


Вернуться назад